Vikinq-metal

Vikinq metal — 1980-ci illərin sonunda black metal qrupu Bathorynin işıq üzü görən Hammerheart albomunun black metaldan uzaq olması nəticəsində ortaya çıxmışdır. Beləliklə Bathory ilk viking metal qrupu olmuş bundan sonra vikinq metala yönəlmişdir.

Növün mənşələri black metalheavy metala söykənən, folk metal birləşmə növlərindən biri olaraq qəbul edilir. vikinq rok isə vikinq metalın alt musiqi növü olaraq qəbul edilir.

Viking metalda digər Metal musiqi növləri kimi ağırlıqlı olaraq elektro gitar, bass gitara, bateri, sərt vokallar istifadə edilir, ayrıca bəzən klaviatura və bəzi fərqli təsirlər yaratmaq üçün yerli skandinav çalğı alətləri musiqidə istifadə edilir. Mahnılarda ümumiyyətlə Viking Dövrünün mifologiyası, tragediyası izah edilir. Ayrıca mahnılara, əksəriyyətlə qəhrəmanlıq, döyüş və dramatik mövzular işlənir.

  • Xarakteristikası

Viking metal, ümumiyyətlə gurultulu, nizamsız qəmləri ilə birlikdə klaviatura melodiyalarıyla birlikdə əksəriyyətli qəmli və kədərli bir musiqi növüdür. Viking metalda ayrıca vərdiş edilməyən akustik, yerli skandinav çalğıları istifadə edilməsi musiqiyə rəng qatır.

  • Tarixi

Bathorynin 1990-cı ildə nümayiş etdirdiyi Hammerheart adlı albomu şimaldakı Viking metal axınının başlanğıcı olaraq və ilk Viking metal albomu olaraq qəbul edilir. Viking metalın ilk qrupu isveçli black metal qrupu olaraq qurulan Bathory olaraq qəbul edilir. Qrupun 1984-cü ildə nümayiş etdirdiyi ilk albomları olan Bathory, hər kəs tərəfindən bir black metal albomu olaraq .qəbul edildi. Eynilə ikinci və üçüncü albomlarıda black metal albomu olaraq bazara çıxarıldı. Ancaq, Bathorynin dördüncü studiya albomu olan, 1984-cü il tarixli Blood Fire Death albomundakı A Fine Day To DieBlood Fire Death mahnıları viking metalın ilk nümunələrini daşıyırdı. Allmusic işçisi olan Eduardo Rivadavia bu iki mahnını "Viking metalın qətiliklə ilk nümunələri" olaraq xarakterizə edir. 6 il sonra bazara çıxan Hammerheart albomu hər kəs tərəfindən bütün mahnılarıyla birlikdə qətiliklə Viking Metalın ilk albomu olaraq qəbul edildi.

  • Yayılması

Bu albomdan sonrakı 6–8 il içərisində, İslandiya, Qrenlandiya, Şimali İrlandiya, İrlandiya, Farer Adaları, İsveç, Norveç, Danimarka, Hollandiya, Belçika, Finlandiya, Latviya, Estoniya, Litva, Rusiya, Ukrayna, BelarusPolşa da viking metal axını başlamış və viking metal 30-a yaxın ölkədə məşhurlaşmış və bu müddətdə viking metal qruplarıda yaradılmışdı.

Yaradılan bu qrupların ilk çıxışı, Bathoryni nümunə götürərək qurulan norveçli Enslaved, 1994-də çıxardıqları Vikingligr Veldi və 1995-dəki Frost albomlarıyla ikinci böyük vikinq metal qrupu olmuşdu. Bundan sonrakı müddətdə Viking Metal qrupları sayı olduqca artmış viking metal 100 ətrafında ölkədə məşhurlaşmışdı. Ayrıca 1997-ci ildə İsveçli Hel qrupunun liderlik etdiyi viking metalın alt növü, Viking Rok ortaya çıxmışdı.

Bu gün, vikinq metal qruplar arasında, Amon Amarth, Týr, Turisas, Månegarm və yenə Enslaved ilə Bathory vardır.

Kateqoriya : Vikinq metal


Developed by StudentB